!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan silahdan istifadə etməyəcək” - Köçəryan

!Reklam – Yazi

“Silah alırıqsa, onlar yeni və müasir olmalıdır və bu istiqamətdə genişmiqyaslı işlər aparılır. Bu silahlar hücum əməliyyatları həyata keçirmək üçün deyil, ölkəmizin sərhədlərini toxunulmaz saxlamaq üçün nəzərdə tutulub”. 

 

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın ictimai televiziyasında parlamentin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan bildirib.

A.Köçəryan qeyd edib ki, silah strukturumuz şaxələnir:

“Biz həm dostlar, həm də ordunun modernləşdirilməsi üçün əsas olacaq silahlar axtarırıq. Təsadüfi deyil ki, müdafiə naziri Fransaya və ya Hindistana gedəndə hamımız baxırıq ki, bu ölkələrin hansı silahları var və nələr gətirilə bilər.

Müqavilədə nəzərdə tutulan Rusiyadan gələn silahların bizdə olmaması bizi narahat edir. Niyə bizim strateji tərəfdaşlığımız bu dövlətdədir? Amma bu o demək deyil ki, biz öz ehtiyaclarımızı təmin etmək üçün müttəfiqlərimizlə addımlar atmamalıyıq”. /xezernews.az

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv