!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq etdi

!Reklam – Yazi

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.

Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

“Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür” – məlumatda bildirilib.

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv