!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan təcili Qarabağı öz ərazisi kimi tanımalı və qoşun yeritməlidir" - Rusiyalı ekspert SƏRSƏMLƏDİ - VİDEO

!Reklam – Yazi

“Ermənistan təcili Qarabağı öz ərazisi kimi tanımalı və ora qoşun yeridilməlidir”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın “Alpha Newsroom” proqramında canlı yayımda rusiyalı “ekspert” Sergey Karnauxov Qarabağın “blokada”sının səbəblərini şərh edib.

“Mənim üçün bu vəziyyət şəxsi məsələdir. Niyə bu mənə şəxsən təsir edir? Ona görə təsir edir ki, orada uşaqlar və qocalar əziyyət çəkir. Biz Azərbaycan tərəfindən soyqırım aktlarının şahidi oluruq.

Güclülər regionda asayişi bərpa edə biləcək tərəf olmayanda qalanları, çaqqal kimi fürsətdən idtifadə edirlər.

Azərbaycan tərəf hər şeyi çox gözəl hesablayıb.

Bizim sülhməramlı missiyamızın və digər sülhməramlı missiyaların hüquqi statusunu rəsmiləşdirən sənədləri diqqətlə oxuyublar. Onlar çox gözəl başa düşdülər ki, bu gün orada dayanan rus sülhməramlılarımızın ekoloqları dağıtmağa ixtiyarı yoxdur.

Müqavilələr tərtib olunanda və Rusiya sülhməramlılarının mandatı müəyyənləşəndə ​​bütün bunlar əvvəlcədən nəzərdə tutulmalı idi. Rusiya tərəfi də daxil olmaqla, başa düşmək lazım idi ki, Azərbaycan təkəbbürlü, prinsipsiz, aqressiv davranacaq, o cümlədən soyqırımı təşkil etməyə çalışacaq.

Rusiya hər zaman Ermənistanın arxasındadır, lakin əvvəlcə Nikol Paşinyan Qarabağı Ermənistan ərazisi kimi tanımalıdır. Buna görə o, Moskvaya getməli, Putinlə görüşməli və qərarını açıqlamalıdır. Bundan sonra biz qərar verə bilərik”.

Erməni aparıcının “əgər müharibə baş verərəsə, Azərbaycana Türkiyə qoşulacaq, bəs Rusiya Ermənistana hərbi yardım edəcəkmi və Azərbaycana qarşı vuruşacaqmı?” sualına Karnauxov cavab verib ki, əlbəttə, biz hər zaman sizin yanınızdayıq.

“Azərbaycan nəyə arxalanır? Azərbaycan çox mühüm iki amilə arxalanır: birinci amil Rusiyadır. Bu amilin mahiyyəti nədir? Rusiya Azərbaycana maksimum loyaldır və bu, bizim böyük problemimizdir. İkinci amil odur ki, Rusiya Ukraynada döyüşür.

Düşünürdüm ki, müharibədən sonrakı dövrdə Qarabağ müəyyən statusa malik olacaq və bu statusu Ermənistan müəyyən edəcək.

İndi  yeganə variant: Ermənistan məcburdur, yəni nəinki məcburdur, əksinə bu ərazini tez bir zamanda Ermənistanın bir hissəsi kimi tanımağa borcludur. Çünki mən yer üzündə bir erməni tanımıram ki, Qarabağı Ermənistanın olduğunu bilməsin. Qarabağ Ermənistanın bir hissəsidir. Qarabağın Ermənistanın bir hissəsi kimi tanınmasından dərhal sonra qoşun yeridilməlidir. Ermənistan KTMT-nin üzvüdür və bundan sonra KTMT-nin imkanlarına arxalanmaq lazımdır.

Gərginlik yarananda bu problemi həll etmək üçün KTMT, Rusiya və digər iştirakçılar cəlb olunmalıdır. Bunlar Ermənistanın atmalı olduğu qəti siyasi addımlardır. Təbii ki, bu, gərginliyin artmasına səbəb olacaq. Təbii ki, Azərbaycan orada aktiv döyüşlərə başlayacaq. KTMT-yə üz tutsaq, problem həll olunacaq. Rusiya Azərbaycanın Ermənistana qarşı döyüşməsinə imkan verməyəcək, lakin bunun üçün bütün bu mexanizmi işləyib həyata keçirmək lazımdır.

Rusiya sülhməramlılarına elə mandat verilməlidir ki, Azərbaycan tərəfinin aqressiv hərəkətlərinə qarşılıq verə bilsinlər. Birinci səsli xəbərdarlıq edilməli, sonra havaya xəbərdarlıq atəşi açılmalı, 3-cüdə hədəf vurulmalıdır. Amma təəssüf ki, bizə mandat elə verilib ki, hazırkı vəziyyəti həll etmək imkanımız yoxdur”, – Karnauxov sərsəmləyib.

Karnauxovun nifrət dolu çıxışından bir hissəni təqdim edirik:

Məsimə

www.yenicag.az

1098
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv