!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan təcrid olunmuş demokratiyadır" - “The National Interest”

!Reklam – Yazi

“The National Interest” ABŞ-ni Ermənistan hakimiyyətinə hərbi-siyasi böhrandan çıxmaqda kömək etməyə çağırıb.

Yenicag.az xəbər verir ki, Amerikanın “The National Interest” jurnalı Ermənistanı təcrid olunmuş demokratiya adlandırıb. Nəşr ABŞ-ni Azərbaycanın yeni “təcavüz”ü təhlükəsi altında hərbi-siyasi böhrandan çıxmaqda Ermənistan hakimiyyətinə dəstək verməyə çağırıb.

Jurnal yazır: “ABŞ və digər demokratik dövlətlərin dəstəyi olmadan Ermənistanın demokratik uğurları risk altında ola bilər və hökumət daha da Kremlin avtokratik orbitinə çəkilə bilər”.

Nəşr hesab edir ki, ABŞ-nin Ermənistana dəstəyi həm humanitar yardım şəklində, həm də ölkədə demokratik təsisatların inkişafına yardım şəklində olmalıdır. Jurnal Qarabağı könüllü tərk etmiş ermənilərə qarşı “törədilmiş insan hüquqları pozuntularının sənədləşdirilməsinə” yardım etməyi tövsiyə edib, çünki bu qeydlər Azərbaycana qarşı hüquqi iddialar zamanı faydalı olacaq.

Müəllif Mark Ditsenin fikrincə, Qərbin susması belə ssenarilərin başqa regionlarda da təkrarlanmasına səbəb olacaq.

Ditsen bir az da irəli gedərək Azərbaycana qarşı sanksiyaların saxlanmasını və ABŞ-dən hərbi yardımın dayandırılmasını istəyib.

O, ABŞ və Aİ-ni dialoq yolu ilə Ermənistan və Azərbaycan arasında həll olunmamış problemlərin həllinə Türkiyəni cəlb etmək üçün Ankaraya yüksək səviyyəli elçilər göndərməyə çağırıb.

Nəşrin fikrincə, Qərb “Ermənistanı Rusiyadan uzaqlaşdıraraq, demokratik dövlətlər cəmiyyətinə doğru istiqamətləndirən uzunmüddətli strategiyaya əməl etməli” və Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməlidir.

“Rusiya qoşunları tezliklə Qarabağı tərk edəcək. Lakin onların Ermənistandakı mövcudluğu İrəvanda etibarlı təhlükəsizlik alternativi olana qədər davam edəcək”, – o bildirib.

Xatırladaq ki, oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelə səkkiz anklavın hələ də Ermənistanın işğalı altında olduğunu deyib və onların işğaldan azad edilməsinin vacibliyini vurğulayıb.

Xuraman Etibarlı

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv