!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan tezliklə nüvə enerjisi sənayesi ilə bağlı qərar verməlidir" - "Rosatom"un rəhbəri

!Reklam – Yazi

“Ermənistan tezliklə nüvə enerjisi sənayesinin inkişaf formatı barədə qərar verməlidir”.

Yenicag.az xəbər verir ki, bu barədə “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

“Ermənistan maksimum bir il yarım-iki il ərzində nüvə enerjisinin gələcək inkişafı formatı barədə qərar verməlidir. Ermənistan çoxdan nüvə enerjisi klubunun üzvüdür”, – Lixaçev deyib.

Ermənistanın atom elektrik stansiyalarını idarə etmək üçün lisenziya 2026-cı ilə qədər qüvvədədir. Ermənistan hökuməti AES-in ömrünü 2036-cı ilə qədər uzatmaq üçün addımlar atır.

Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi məsələsini də nəzərdən keçirir.

Xuraman Etibarlı

www.yenicag.az

121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv