!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan-Türkiyə münasibətinin ölkəmizə təsiri: "Azərbaycan iqtisadi üstünlük qazanacaq"

!Reklam – Yazi

“Azərbaycan Ermənistan ərazisindən keçərək Naxçıvanla və Türkiyə ilə əlaqə saxlaya, iqtisadi yük daşımaları həyata keçirə biləcək”.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyanın martda Türkiyəyə gözlənilən səfərini şərh edən politoloq Elman Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasındakı buzların 50 faizi əriməyə başlayıb. Qalan 50 faiz isə Ermənistanın özünü necə aparacağından asılıdır:

“Türkiyə “divarları” Ermənistanın Azərbaycanın şərtlərini qəbul etmək müqabilində yıxacağını demişdi. Ermənistan bu şərtlərin çoxunu qəbul edib. Hesab edirəm ki, delimitasiya və demarkasiya məsələsi həll olunduqdan, iki tərəf arasında sülh sazişi bağlandıqdan sonra Ermənistanın Türkiyə ilə olan münasibətləri 50 faizdən çox inkişaf edəcək. Bu gün Türkiyə ilə Ermənistan siyasi arenasında yeni fazaya şahidlik edirik. Uzun bir zaman kəsiyindən sonra ilk dəfə iki tərəf arasında hava nəqliyyatı istifadəyə verildi. Türkiyə tərəfi Ermənistan Baş Naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyini bildirdi. Bu səfər baş tuta bilər, yəni ehtimal var.

İki qonşu hələ ki diplomatik danışıqlar çərçivəsində münasibətləri davam etdirirlər. Bu, bölgənin sabitliyi üçün çox önəmlidir. Azərbaycan Ermənistan ərazisindən keçərək Naxçıvanla və Türkiyə ilə əlaqə saxlaya, iqtisadi yük daşımaları həyata keçirə biləcək. Bu da Azərbaycana iqtisadi üstünlük qazandıracaq. Həmçinin Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyələri də tərəflərə gəlirlər gətirəcək. Türkiyə əvvəllər Ermənistan üçün lazımi malların mənbəyi rolunu oynayırdı. Yəni, Ermənistan ərzaq tələbatını Türkiyədən idxal edirdi. Bu, həm ona ucuz başa gəlir, həm də zaman itkisi yaşamırdı. Ermənistanın qonşuluğunda Türkiyə kimi bir dövlətin olması gözəl bir şansdır. Türkiyənin Ermənistana ehtiyacı yoxdur, əksinə Ermənistanın Türkiyəyə ehtiyacı var. Siyasi situasiyanın dəyişməsi Ermənistan üçün yaxşı şansdır. Ermənistan iqtisadi blokada şəraitində yaşayır. Ancaq Türkiyə və Azərbaycan ona bir şans verdi. Ermənistan da bunu gərək düzgün qiymətləndirsin”.

Gülşən Şərif

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv