!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılması üçün əsas şərtlərə riayət etməlidir" - ŞƏRH

!Reklam – Yazi

“Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılması üçün əsas şərtlərə riayət etməlidir”.

Bunu Ermənistan rəsmisinin Türkiyə və Azərbaycanla sərhəddə buraxılış və keçid məntəqələri qurmağa hazır olmaları ilə bağlı bəyanatını şərh edən politoloq Ramiz Alıyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, belə bəyanatların səsləndirilməsinə səbəb Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın perspektivdə Azərbaycanla sülh müqaviləsinin imzalanacağı barədə müsbət mesajlar verməsi ilə bağlıdır:

“Sülh müqaviləsinin imzalanacağı ilə bağlı müsbət mesajlar, təbii ki, təqdirəlayiqdir. Ancaq əməldə nəyi müşahidə edəcəyimizi gələcək göstərəcək. Lakin Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılması üçün əsas şərtlərə riayət etməlidir.

Ermənistan siyasi nümayəndələri və hakimiyyət sülh müqaviləsi imzalanmadan, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkmədən, qondarma soyqırımı yalanlarına son vermədən Türkiyə və Azərbaycan sərhədində keçid məntəqələri qura bilməyəcəyini çox yaxşı bilir. Eyni zamanda, sadalananlar həll olunmasa, Türkiyə ilə sərhədlərin açılması qeyri-mümkündür. Dəfələrlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər siyasi nümayəndələr Ermənistanla sərhədlərin yalnız bir şərtlə – rəsmi Bakl ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasından sonra açılacağını bildirib.

Əgər Ermənistan düzgün və qərəzli siyasət yürütməsə, həmçinin müxtəlif iddialarla çıxış etməsə, sərhədlərin açılmasına həm Türkiyə, həm də Azərbaycan razıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

340
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv