!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan üçün fəlakətin BAŞLANĞICI: İrəvan üçün Ukrayna ssenarisi işə düşür

!Reklam – Yazi

“Yardım paketləri, sadəcə olaraq, Qərbin taktikasıdır. Çünki nə ABŞ, nə Avropa xeyir güdməyəcəyi bir addım atmaz”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistan Milli Assambleyasının müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryanın, “Ermənistanla Azərbaycan arasında sülh əldə olunmasını əngəlləyən qüvvələr var”, sözlərini şərh edən politoloq Ramiz Alıyev deyib.


Onun sözlərinə görə, Ermənistanın gələcəyini düşünən, inkişafını istəyən şəxslər təbii olaraq Azərbaycanla sülh müqaviləsinin imzalanmasının vacib olduğunu anlayır.

“Lakin təəssüflər olsun ki, Ermənistanın hazırki hakimiyyəti Qərbin, xüsusilə Fransanın oyuncağına çevrilib. Kiçik qrand layihələrlə, maliyyə yardımları ilə şirnikləşdirərək, Ermənistanı Cənubi Qafqazda Qərbin növbəti qurbanına, Ukraynaya çevirmək istəyirlər. Çünki Qərb açıq-aşkar Ukraynada gerçəkləşdirmək istədiyi planlara nail ola bilmədi. Yəni Rusiyanı zəiflədə, nüvə silahından istifadəyə təhrik etməyi bacarmadı. Oyuncağa çevrilən Ukrayna artıq Qərbə lazım deyil, bir sözlə, Ukrayna təkdir, qazandığı isə heç bir şey yoxdur”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, ağılsız siyasəti ilə region ölkələri ilə münasibətləri korlayan Ermənistanı “qorumaq” adı altında planlanan Qərb oyunu birmənalı olaraq Ermənistanın məhvinə aparan yoldur:

“İqtisadiyyatın yüksəldilməsi çərçivəsində Qərbin verdiyi pullardan daha artığını Rusiya Ermənistan üçün edib. Yardım paketləri, sadəcə olaraq, Qərbin taktikasıdır. Çünki nə ABŞ, nə Avropa xeyir güdməyəcəyi bir addım atmaz. Nəticə etibarilə verilən həmin pullar boşuna deyil. Ermənistan üçün fəlakətin başlanğıcıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv