!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan üçün optimal MÖVCUDLUQ FORMULU: “Azərbaycanın şərtlərini qəbul etməli və...”

!Reklam – Yazi

“İstər 44 günlük müharibə, istərsə də antiterror əməliyyatları dövründə ermənilərə yiyəlik etmək istəyənlər onu meydanda tək buraxdılar”.

Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın sülh sazişini imzalamaqdan başqa yolunun olmadığına dair müsajını şərh edən politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi nizamlama prosesində manipulyasiyalarını hələ də davam etdirir:

“Ermənistan baş nazirinin təzadlı bəyanatları onun nə qədər sürüşkən mövqeli və ağılsız, kimlərinsə əlində oyuncaq siyasətçi olduğunu göstərir. Çünki Ermənistan müstəqil ölkə deyil. Sülh şərtləri ərazi bütövlüyü, beynəlxalq hüququn prinsiplərini, sərhədlərin delimitasiya və demarkasiyasını, diplomatik münasibətləri, nəqliyyat və kommunikasiyaların açılmasını özündə ehtiva edir.

Bu sivil şərtlərdən Ermənistan niyə imtina etməlidir? Prezident İlham Əliyev Xocalıda ictimaiyyət nümayəndələri ilə görüşdə Ermənistana mesaj verməklə, onlara çıxış yolunu göstərdi. Ermənistan da eyforiyaya qapılıb əvvəl etdiyi səhvləri bir daha təkrarlamamalıdır. Şərtlərimizi qəbul etməli və ərazi iddialarından birdəfəlik geri çəkilməlidirlər.

Bunu Ermənistan üçün mövcudluq formulu də saymaq olar. Ermənistan özünün təhlükəsizliyini təmin etmək istəyirsə, reallıqları anlayıb sülh müqaviləsini tezliklə imzalamalı, ardınca isə Konstitusiyasını dəyişdirməlidir. Belə bir deyim var, “yetimə gəl-gəl deyən çox olar, çörək verən tapılmaz”. Ermənistan nəhayət ki bunu dərk etməlidir.

İstər 44 günlük müharibə, istərsə də antiterror əməliyyatları dövründə ermənilərə yiyəlik etmək istəyənlər onu meydanda tək buraxdılar. Mifologiyadan əl çəkmək zamanı çoxdan çatıb. Ermənistanın “dənizdən-dənizə dövlət” iddiası, Azərbaycanın hansısa tarixi bölgəsinin təminatçısı olmaq kimi xülyaları suya qərq olub. Buna görə də onun sülhdən başqa yolu yoxdur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv