!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan Ukraynanın 10 ildə keçdiyi yolun ortasındadır” – Rusiyalı politoloq

!Reklam – Yazi

Ermənistan Ukraynanın 10 ildə keçdiyi yolun ortasındadır.

Yenicag.az xəbər verir ki, bunu martın 29-da İrəvanda müzakirələr zamanı rusiyalı politoloq Sergey Panteleyev deyib.

O bildirib ki, Ermənistanda şüurun yenidən qurulması istiqamətində işlərə başlanılıb, daha sonra isə Rusiyaya münasibətə yenidən baxılacaq.

“Bu, Ukraynanın 10 il ərzində (2004-cü ildən 2014-cü ilə qədər) keçdiyi yolun ortasıdır. Bunu dayandırmaq üçün hələ şansımız var”, – Panteleyev qeyd edib.

Onun sözlərinə görə, Ukrayna təcrübəsinin bu qədər dağıdıcı şəkildə nümayişi fonunda ən mühüm dərman Ermənistan və Rusiya iqtisadiyyatlarının güclənməsini inkişaf etdirmək, bir-birini dəstəkləmək, kənar vədlərin gətirdiyi riskləri başa düşməkdir.

“Ermənistanın suveren qərar verəcəyinə gəlincə, deyə bilərəm ki, bəla ondan ibarətdir ki, istifadə olunan texnologiyalar suveren qərar qəbul etməyə imkan vermir.

Əgər biz ruslarla ermənilərin düşmən olmasını istəmiriksə, sınaq yolu ilə getməyə ehtiyac yoxdur”, – Panteleyev fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv