!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan üzərindən yeni dəhliz PLANI: "Tranzit xəttinin Avropaya getməsi üçün..." - RƏY

!Reklam – Yazi

“Ermənistan üzərindən tranzit xəttinin Avropaya getməsi üçün ya Gürcüstan, ya Türkiyə, ya da Azərbaycan razılıq verməlidir”.

Bu sözləri Hindistan mallarının Süveyş kanalından yan keçməklə, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə (INSTC) paralel olaraq Qara dənizdən Avropaya çatdırılması yönündəki iddialara münasibət bildirən iqtisadçı ekspert Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Nazim Bəydəmirli bildirib ki, Ermənistan üzərindən hansısa dəhlizin açılması spekulyasiyadır:

“Şimal-cənub nəqliyat dəhlizi 90-cı illərdən bəri müzakirə mövzusu idi. Hindistandan yüklərin daha çox şimali Avropa ölkələrinə daşınmasını hədəfləyirdi. Uzun müddət müxtəlif geosiyasi səbəblərdən həyata keçmədi. Suriya müharibəsi başladıqdan sonra İranın, Rusiyanın, Türkiyənin maraqları üst-üstə düşdü və razılaşma əldə edildi. 90-cı ildə layihənin baş tutmamasını istəməyən daha çox Türkiyə idi. Çünki boğazdan keçən gəmilər, yükdaşımalar daha gəlir gətirirdi. Ona görə də Türkiyə layihənin tez bir zamanda işə düşməsində maraqlı deyildi. Geosiyasi məqsədlər üçün Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Azərbaycan prezidenti və İran prezidenti ilə razılığa gəldilər ki, bu məsələni artıq həll etmək lazımdır. İlk olaraq Astara-Rəşt dəmiryol xətti çəkildi. Azərbaycan hökuməti bu yolun tikintisinə 500 milyon dollar ayırdı. Yükdaşımaları daha da aktivləşdirmək üçün tarifləri azaltdılar. Hazırda bu xətt Astaraya qədər işləyir. Davamını İran hökuməti həll etməlidir.

Ermənistan üzərindən hansısa dəhlizin açılmasına gəldikdə isə, hesab edirəm ki, bu, spekulyasiyadır. Ermənistan üzərindən tranzit xəttinin Avropaya getməsi üçün ya Gürcüstan, ya Türkiyə, ya da Azərbaycan razılıq verməlidir. İrandan Ermənistana keçid məntəqələri coğrafi baxımdan sərf edən deyil. Onda gərək Naxçıvan üzərindən sovetlər zamanında mövcud olan xətdən istifadə olunardı. O daha az investisiya tələb edirdi. Ermənistan üzərindən yeni xətt çəkilərsə, bu, daha çox kapital və vaxt tələb edir. Rusiya üzərindən yan keçmək istəyirlərsə, Azərbaycanda infrasturuktur var. Mallar Azərbaycan üzərindən Gürcüstana, oradan da Avropaya keçə bilər. Şimal-cənub nəqliyyat dəhlizi – məhz yüklərin Bəndər-Abbas limanına gətirilməsi, oradan dəmiryol vasitəsi ilə Azərbaycan sərhədinə çatdırılması və Azərbaycandan da Rusiya üzərindən Avropaya çatdırılması ən qısa xəttdir. Bütün müharibələr bitir, sülh müqavilələri imzalanır. Güman etmirəm ki, Ukrayna-Rusiya müharibəsi illər çəksin. İlin sonuna bu savaş da yekunlaşar. Ona görə də Ermənistan üzərindən nəqliyyat dəhlizi qlobal miqyasda həm investisiya baxımından, həm də Gürcüstanın razılıq verəcəyi inandırıcı deyil”.

Səxavət Məmməd

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv