!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan və Azərbaycan arasında bu məsələdə RAZILAŞMA VAR - Görüş gözlənilir

!Reklam – Yazi

Ermənistan və Azərbaycan arasında bu məsələdə razılaşma var, görüş gözlənilir.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib. O bildirib ki, Ermənistan və Azərbaycan arasında yanvarın sonunda iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların iclasının keçirilməsi barədə razılıq var.

“Razılaşma var ki, delimitasiya komissiyaları yanvarın sonunda görüşəcək. Ümid edirik ki, görüş baş tutacaq”, – Armen Qriqoryan vurğulayıb.

Xatırladaq ki, Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası üzrə sərhəd komissiyalarının sonuncu iclası 2023-cü il noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində keçirilib.

Xuraman Etibarlı

www.yenicag.az

162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv