!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan və Azərbaycanın bir-birinə əzələ nümayişi onu göstərir ki..." - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Ermənistan və Azərbaycan bir-birinə əzələ nümayiş etdirir, bundan əlavə sülhün hələ ki baş tutmayacağını göstərir”.

Bu sözləri regionda müharibə ehtimalını dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, yeni müharibə ehtimalı aşağıdır:

“Hesab edirəm ki, böyük müharibə ehtimalı yoxdur. Böyük müharibəyə necə hazırlıq getdiyini görmüşük.

Tərəflər hazırda bir-birilərinə əzələ nümayiş etdirir. Sülhün əleyhinə gedən qüvvələrə nümayiş etdirirlər ki, hələ sülh olmayacaq.

Sülhün olmamasını istəyən birinci Rusiyadır. Bundan başqa İran və Fransa da sülhün əleyhinədir. Hər iki tərəfin sülh ritorikasından əl çəkməməsi və görüşlərin keçiriləcəyi barədə məlumat verməsi onu deməyə əsas verir ki, böyük müharibə gözlənilmir”.

Səxavət Məmməd

www.yenicag.az

351
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv