!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan və Qarabağdakı aktivliyin arxasındakı FAKTORLAR - Aksiyalar bu istiqamətlərdə planlanır

!Reklam – Yazi

“Regionda təsirinin azaldığını görən Rusiya Ermənistanda aktivistləri hərəkətə gətirib”.

Bu sözləri Ermənistan Qeyri Hökumət Təşkilatlarının (QHT) Azərbaycanla Ermənistan sərhədindəki sərhəd-buraxılış məntəqələri istiqamətində aksiyalara hazırlaşmasını dəyərləndirən hərbi-siyasi ekspert Telman Qasımov Yenicag.az-a açıqlamasında deyib.

Telman Qasımov bildirib ki, Ermənistan və Qarabağdakı aktivliyin arxasında Rusiya faktoru görünür:

“Ermənistanda və Qarabağda Rusiya və Qərb aktivləşib. Qərb nisbətən zəifdir, Rusiyanın təsiri daha çox hiss olunur. Sonuncu Samvel Babayanın, Bako Saakyanın mitinqində balaca uşaqların əlinə plakatlar vermişdilər və onların üzərinə “Sülhməramlılar buranı tərk etsin”, “Ümidimiz sizədir, Qərb” yazılmışdı. Rusiya gördü ki, orada belə plakatlar qaldırılıb, dərhal Vardanyana tapşırıq verdi ki, onları yığışdırmaq lazımdır.

Qarabağda olduğu kimi Ermənistan ərazisində də aktivlik artıb. Aksiyalara hazırlaşmaq istəyirlər. Daha çox gənclər təşilatlarını və QHT-ləri aksiyaya cəlb etmək niyyətindədirlər. Bu aksiyaları Zəngəzur, Tovuz və Laçın dəhlizi istiqamətində etmək istəyirlər.

Aksiya təşkilatçılarının tələblərinə baxanda Rusiya “iy”ini duya bilirik. Rusiya yenə aranı qızışdırır. Rusiya görür ki, regionda təsiri azalır, ona görə də aktivistləri hərəkətə gətirib. Rusiya bununla həm də Qərbə təzyiq etmək istəyir”.

Səxavət Məmməd

www.yenicag.az

970
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv