!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan XİN İsrail səfirinin bəyanatına CAVAB VERDİ - FOTO

!Reklam – Yazi

Ermənistan Xarici İşlər Nazirliyi İsrail səfirinin İrəvanda faşist əlaltısı Qaregin Njdenin abidəsi önündə keçirilən aksiya ilə bağlı bəyanatına cavab verib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Ermənistan XİN İsrail səfirinin bəyanatınıa etirazını bildirib.

“Ermənistanda akkreditə olunmuş xarici diplomatlar qəbul edən ölkənin hökumətinə və xalqına hörmətlə yanaşmalı və aidiyyəti olmayan bu cür təxribatlara cavab verməməlidirlər”, – XİN bildirilib.

Xatırladaq ki, bundan əvvəl İsrailin səfiri Yoel Lyon sosial şəbəkələrdə sözügedən hadisəni “nasistlərlə əməkdaşlıq edən Qaregin Njdenin tərənnümü” kimi qiymətləndirib.

O qeyd edib ki, “Ermənistan hakimiyyəti neonasizmin və antisemitizmin istənilən formasına qarşı qəti mövqe tutmalıdır”.

Xuraman Etibarlı

www.yenicag.az

101
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv