!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan XİN sülh müqaviləsi ilə bağlı daşnaklara CAVAB VERDİ

!Reklam – Yazi

Ermənistan Xarici İşlər Nazirliyi müxalifət deputatlarına Azərbaycanın sülh müqaviləsi ilə bağlı son təklifləri ilə tanış olmaqdan imtina edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Ermənistan” müxalifətçi parlament fraksiyasının nümayəndəsi daşnak Qeqam Manukyan sosial şəbəkələrdə bildirib.

Deputatın qeyd etdiyi kimi, onların fevralın 23-də təqdim olunan yeni təkliflər paketi ilə tanış olmaq xahişi rədd edilib.

Nazirlik hesab edib ki, məlumatların ilkin mərhələdə açıqlanması danışıqlara mane ola və sazişin yanlış təfsirinə səbəb ola bilər.

Xatırladaq ki, yanvarda müxalifət deputatları Azərbaycanın təklifləri ilə tanış olublar.

Daha sonra Manukyan deyib ki, “Bakının təşəbbüsləri sülh yolu ilə nizamlanmaya kömək etmir”.

Buna cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi parlamentarilərə gələcəkdə bu cür sənədlərin əldə edilməsinə mümkün məhdudiyyətlər barədə xəbərdarlıq edib.

Xuraman Etibarlı

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv