!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan yeni reallığın astanasında: "Paşinyanın "Sanasar deyil, Qubadlı" deməsi..."

!Reklam – Yazi

“Vaaqn Xaçatryanın Paşinyanla sözü tutacaq və onun dedikləri ilə oturub duracaq”.

Bu sözləri hakim “Mülki müqavilə” Partiyasının namizədi Vaaqn Xaçatryanın Ermənistanın yeni prezidenti seçilməsi fonunda Azərbaycan-Ermənistan münasibətlərinin gələcək taleyini dəyərləndirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni prezident hər iki ölkə arasında münasibətlərin yaxşılaşmasına təkan verə bilər:

“Ermənistanın sabiq prezidenti Armen Sarkisyan Paşinyanın deyil, məhz Serj Sarkisyanın dövründə hakimiyyətə gəlmişdi. Ona görə də zaman-zaman Paşinyanla Armen Sarkisyan arasında münaqişələr yaşanırdı. Vaaqn Xaçatryan isə parlamentin 71 deputatının səsverməsi nəticəsində prezident oldu. Bu, parlamentin mütləq əksəriyyətinin onu dəstəklədiyini göstərir. Xaçartyanın prezident seçilməsi Azərbaycan-Ermənistan münasibətlərinə təsirsiz ötüşməyəcək. Fikrimcə, Vaaqn Xaçatryanın Paşinyanla sözü tutacaq və onun dedikləri ilə oturub-duracaq. Bu gedişat Azərbaycan-Ermənistan münasibətlərinə müsbət təsir edə bilər. Çünki indiki Ukrayna-Rusiya gərginliyindən istifadə edərək, Paşinyan Azərbaycanla bağlı müəyyən açıqlamalar da səsləndirib. O, “Mənim Şərəfim var” və “Hasytan” fraksiyalarının nümayəndələrinə xitabən bir neçə məsələnin üzərində dayanıb. Paşinyanın öz çıxışında “Sanasar deyil, Qubadlı” deməsi artıq Azərbaycanın ərazilərini qəbul etdiyini göstərir. Eyni zamanda sülh müqaviləsi və kommunikasiyaların açılması məsələsini dilə gətirib. Təbii ki, sərhədlərin delimitasiya və demarkasiyası da bura daxil ediləcək.

Ermənistan tərəfi yeni reallıqları qəbul edir və Rusiyanın əvvəlki təsir mexanizmləri artıq mövcud olmayacaq. Ermənistanın blokadadan çıxması üçün vacib addım Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır”.

Gülşən Şərif

www.yenicag.az

1507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv