!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan yolun sonunda: "Brüssel görüşündən sonra top Kremldədir"

!Reklam – Yazi

“İki tərəf arasında rəsmi sülh müqaviləsinin bağlanmasında Kremlin vasitəçiliyi mühüm yer alır”.

Bu sözləri ötən gün baş tutan Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünü dəyərləndirən politoloq Elman Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Politoloqa görə, iki tərəf arasında müqavilə imzalanmasa da, xarici işlər nazirlərinə bu barədə göstərişlər veriləcək:

“Çünki Ermənistan Azərbaycanın şərtlərinin əksəriyyətini qəbul etdi. Belə ki, “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi də həmin sözün öz  aktuallığını itirdiyini göstərir. 10 noyabr, 11 yanvar və  26 noyabr bəyanatların müddəaları yerinə yetiriləcək. Tərəflər nəqliyyat yollarının açılması, kommunikasiya sistemlərinin bərpası, sərhədlərin delimitasiya və demarkasiyasını yaxın zamanlarda həll etməyə çalışacaqlar. Görüşdə rəhbərlərin uzlaşmadığı məqamlar da var. Bu məqamlardan biri qondarma respublika və onun illeqal ordusudur. Azərbaycan tərəfi bu qüvvələrin çıxarılmasını tələb etsə də, İrəvan buna soyuq yanaşır. Bütün hallarda iki tərəf arasında rəsmi sülh müqaviləsinin bağlanmasında Kremlin vasitəçiliyi mühüm yer alır və bu fonda Moskvanın tərəflərlə görüş təşkil edəcəyi gözləniləndir”.

Gülşən Şərif

www.yenicag.az

690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv