!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan yox olacaq" - Satanovski Paşinyanı Zelenski ilə müqayisə etdi

!Reklam – Yazi

Rusiyalı politoloq Paşinyanı Zelenski ilə müqayisə edib.

Yenicag.az xəbər verir ki, bunu rusiyalı politoloq və şərqşünas Yevgeni Satanovski erməni mediasına müsahibəsində deyib.

“Mənim fikrimcə, Ermənistanın KTMT-dən çıxması qaçılmazdır. Lakin mən bunu heç bir şəkildə qiymətləndirmirəm, çünki artıq heç bir mənası yoxdur.

Bu o deməkdir ki, Ermənistan Rusiyadan ayrı, Rusiya isə Ermənistandan ayrı yaşayacaq.

Rusiya ictimaiyyəti üçün erməni gündəmi, qorxuram ki, bitib. Ermənistanın Rusiya ilə münasibətlərində nələrin baş verəcəyini kim proqnozlaşdıra bilər? Heç kim.

Dünyada KTMT-nin üzvü olmayan çoxlu ölkələr var və onları Rusiya ilə heç nə birləşdirmir. Məsələn, müdafiə məsələlərində.

Bu Türkiyəyə də aiddir. Məgər bizim Türkiyədə hərbi bazalarımız var? Yox, yoxdur.

Bütün bunların necə bitəcəyi sırf Ermənistan rəhbərliyinin işidir. Sonra isə erməni xalqına sual olunacaq.

Paşinyan ona görə hakimiyyətə gəlib ki, Rusiyanı Ermənistandan çıxarsın, Ermənistanda NATO bloku olsun.

Bunun Ermənistan üçün necə bitəcəyi, Ermənistanın mövcud olub-olmayacağı onun üçün qətiyyən maraqlı deyil. Bu baxımdan o, Zelenskiyə bənzəyir. Onları eyni adamlar və eyni məqsədlər üçün hakimiyyətə gətiriblər”, – Satanovski bildirib.

Onun hesab edir ki, Ermənistan Türkiyə vilayətinə çevrilə bilər.

“Əgər işlər belə davam edərsə, o zaman Türkiyə sərhədinin o tayındakı ermənilərin başına gələn eyni şey Türkiyə sərhədinin bu tərəfindəki ermənilərin başına da gələcək. Görünür, Ermənistan əhalisi baş verənlərdən razıdır.

Mən Ərdoğanı tanıyıram, nə dediyini çox gözəl anlayıram, nə etdiyini görürəm.

Hesab edirəm ki, Ermənistan yox olacaq. Zəngəzur dəhlizi nəyin bahasına olursa-olsun açılacaq. Paşinyanın Fransa və ya ABŞ-də şəxsi hesabında bir-iki milyard dollar olması bahasına, yaxud başqa nəyinsə bahasına, bu məlum deyil”, – Satanovski əlavə edib.

Xatırladaq ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkoya noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak edə bilməyəcəyi barədə məlumat verib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı təəssüfləndiyini bildirib və belə görüşləri “qeydləri müqayisə etmək üçün yaxşı səbəb” adlandırıb.

Xuraman Etibarlı

www.yenicag.az

150
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv