!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistana baha başa gələcək GEDİŞAT: “Azərbaycan hərbi əməliyyatların bərpasında…”

!Reklam – Yazi

 

“Kommunikasiyaların açılması üçün təhlükəsizliyin təmin olunması çox vacibdir”.

Bu fikirləri Qazaxın işğal altında olan kəndlərinin Azərbaycana geri qaytarılmasının sülh prosesinə mümkün təsirindən danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, delimitasiya və demarkasiya məsələləri, habelə Qazaxın işğal altındakı kəndlərinin geri qaytarılması şərtilə sülh müqaviləsinin razılaşdırılma perspektivi daha aydın müşahidə edilir:

“Platformadan asılı olmayaraq, Azərbaycanla Ermənistan arasındakı münaqişəli məsələlərin həll olunması istiqamətində keçirilən görüşlərin hər birində delimitasiya mühüm amil kimi önə çıxıb.

Çünki kommunikasiyaların açılması üçün təhlükəsizliyin təmin olunması çox vacibdir. O baxımdan, hər an təhlükə yarana biləcək yerdə sülhdən danışmaq qeyri-mümkündür.

Bu səbəbdən, Ermənistan bu siyasətə son qoyaraq kəndlərimizi geri qaytarılmalıdır. Ona havadarlıq edənlər də sülh müqaviləsinin imzalanmasına maneə yaratmamalıdır. Nəticə etibarilə, Azərbaycan hərbi əməliyyatların bərpasında heç vaxt maraqlı olmayıb. Ancaq alternativ variant qalmazsa, bu gedişat Ermənistana baha başa gələcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv