!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistana havadarlıq edən Rusiyanın da, Fransanın da, İranın da məqsədi..." - ŞƏRH

!Reklam – Yazi

“Sərhəddə gərginlik yaratmaqla sülh prosesini əngəlləmək, Xankəndi və ətrafı ilə bağlı məsələləri ikinci plana keçirmək məqsədi güdüblər”.

Bunu separatçı rejimin rus kontingenti vasitəsilə Azərbaycanla danışıq təklif etməsi barədə fikirlərini səsləndirən “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının rəhbəri, politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Xankəndi və ətrafında məskunlaşan ermənilər Azərbaycanın qəti mövqeyini hələ də sona qədər dərk etməyiblər:

“Hansısa havadara güvənərək müxtəlif oyunlardan çıxmağa çalışırlar. Vardanyanın timsalında yeni bir oyun qurmaq istədilər, amma fiaskoya uğradı. Baş verənləri tam dərk etdikləri zaman ya bizim qanunlarla yaşayacaqlar, ya da rədd olub gedəcəklər. Nə sıravi ermənilərin, nə də onları dolayan separatçı rejimin başqa alternativi yoxdur.

Hazırda onların Azərbaycan tərəfi ilə danışıqlarla bağlı təşəbbüslərini səmimi hesab etmirəm. Doğrudan da, danışıqlar aparılmasını istəsəydilər, rəsmi səviyyədə onlara təklif olunan Bakıya dəvəti qəbul edərdilər. Düşünürəm ki, indi onlar mümkün vasitələrdən istifadə edib belə təklif və ya təşəbbüslərlə vaxt udmağa çalışırlar. Bizim tərəfdən isə danışıqların sonsuza qədər aparılacağını təxmin etmirəm. Hesab edirəm ki, müəyyən bir zamandan sonra onların qarşısında konkret vaxt və şərt qoyulacaq. Bu müddət ərzində ya bizim qanunlara tabe olacaqlar, ya ərazini tərk edib gedəcəklər. Təbii ki, Rusiya sülhməramlıları bunu istəməz. Amma konkret iradə olanda onların da razılaşmaqdan başqa variantları olmayacaq.

Laçın təxribatının arxasında Ermənistanın revanşist xarici təsir agentləri, onların nəzarətində olan hərbçilər və ən əsası, onlara havadarlıq edən ölkələr dayanır. Bu təxribat da onların təkidi ilə icra olunub. Separatçıların danışıqlar təklifi zamanı Ermənistan hərbi birləşmələrinin Laçında növbəti təxribatı Xankəndi və ətrafındakı məskunlaşan erməniləri alətə çevirmək cəhdi olduğunu hesab edirəm. Sərhəddə gərginlik yaratmaqla sülh prosesini əngəlləmək, Xankəndi və ətrafı ilə bağlı məsələləri ikinci plana keçirmək məqsədi güdüblər. Sülh olacaqsa, yerli ermənilər Azərbaycan qanunları ilə yaşayacaqsa, sülhməramlılar nəyə lazımdır o zaman? İran Ermənistana hansı yalançı vədləri verəcək və ya Fransa nə deyib Qafqazda söz sahibi iddiasında bulunacaq? Ermənistana havadarlıq edən Rusiyanın da, Fransanın da, İranın da məqsədi mövcud vəziyyəti sıfır varinatına qaytarmaq, hər şeyi yenidən başlatmaqdır. Çünki Azərbaycan artıq qalibdir və diqtə edən tərəfdir. Bu isə Ermənistanın havadarlarına sərf etmir. Ona görə də müxtəlif zamanlarda bu kimi təxribatlardan istifadə edirlər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv