Ermənistana keçən azərbaycanlı ələ keçirildi

Bu günlərdə Ermənistanın Ararat vilayətində milliyyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşı ələ keçirilib.

Yenicag.az news.am-a istinadən xəbər verir ki, sərhədi keçən azərbaycanlını rusiyalı sərhədçilər yaxalayıb.

Onun hansı səbəbdən sərhədi pozaraq Ermənistana keçdiyi hələlik müəyyən edilməyib.