!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistana keçmək istəyən türkiyəli sərhəddə saxlanıldı

!Reklam – Yazi

3 əcnəbi vətəndaş Ermənistan-Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanılıb.

Yenicag.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Saxlanılanlardan ikisinin Ararat rayonu ərazisində Ermənistan-Türkiyə sərhədini qanunsuz keçməyə cəhd etməsi ilə bağlı cinayət işi başlayıb. Armavir əyalətində də Ermənistan sərhədini lazımi sənədlər və müvafiq icazə olmadan keçməyə cəhdlə bağlı daha bir iş başlanıb.

Hadisə avqustun 20-də baş verib. Birinci halda, sentyabrın əvvəlində Burastan kəndi yaxınlığında Rusiya sərhədçiləri Ermənistandan Türkiyəyə keçmək istəyən 2 Banqladeş vətəndaşını saxlayıblar.

İkinci halda, Türkiyədən Ermənistana keçmək istəyən Türkiyə vətəndaşı Berkaşat kəndi yaxınlığında saxlanılıb.

Bundan əvvəl, iİyulun sonunda Suriya vətəndaşı sərhədi qanunsuz keçməyə cəhd edərkən saxlanılıb.

Xatırladaq ki, dövlətlərarası saziş çərçivəsində Ermənistanın Türkiyə və İranla dövlət sərhədinin mühafizəsinə cavabdeh Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsi daşıyır.

 

www.yenicag.az

196
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv