Ermənistana məxsus taktiki PUA zərərsizləşdirildi – FOTOLAR

Ermənistana məxsus növbəti taktiki pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

Bu barədə Yenicag.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 3-ü günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” taktiki PUA Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə zərərsizləşdirilib.