!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistana Rusiya və Qərb TƏHRİKİ: “Gərginlik İrəvana daha çox təsir imkanı olan...”

!Reklam – Yazi

“Reallıq ondan ibarətdir ki, Ermənistan sürətlə Qərbə üz tutur və Rusiyanın bu ölkədə gələcəyi yoxdur”.

Bu fikirləri Ermənistanın Azərbaycanla sərhəddə gərginlik yaratmasının arxasında daha çox Qərbin, yoxsa Rusiyanın dayanması haqda danışan politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanda Rusiyanın təsir imkanları daha çox olsa da, vəziyyət sürətlə Qərbin xeyrinə dəyişir:

“Ermənistanın gərginlik yaratmaq cəhdlərinin arxasında əlbəttə ki, İrəvana daha çox təsir edə bilən tərəf dayanır. İndiki vəziyyətdə bu, Rusiyadır. Çünki Rusiyanın Ermənistanda hərbi bazası var, iqtisadiyyatda çox mühüm paya malikdir, eyni zamanda, müxalifət qüvvələri Moskvaya meyillidir və əhalinin şüurunda belə bir stereotip yaşayır ki, ruslarsız məhz olarıq.

Ancaq bu düşüncənin də öz yanlışlıqlarının olduğu deyilməlidir. Moldovada da əhalinin əksər hissəsi elə bilir ki, ölkənin əsas iqtisadi tərəfdaşı məhz Rusiyadır. Əslində isə Rusiya Moldovanın xarici ticarətində cəmi on faiz yer tutur. Ancaq moldovanların yaxşı güzəranı ötən əsrin 70-ci illərinə təsadüf etdiyi üçün onlar xoş güzəranı Rusiya ilə təsəvvür edirlər.

İndi Ermənistanda da əhali belə düşünr və özünü Rusiyadan ayrı təsəvvür etmir. Ancaq burada əsas olan davamlı tendensiyadır. Reallıq ondan ibarətdir ki, Ermənistan sürətlə Qərbə üz tutur və Rusiyanın bu ölkədə gələcəyi yoxdur. Ancaq hələ ki, Ermənistanın siyasətində Rusiya faktoru güclüdür”.

A.Zeynalov

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv