!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda “5-ci kolon” “TƏMİZLİYİ”: “Paşinyanın Qərbdəki dairələrə hesabat verməsi...”

!Reklam – Yazi

“Tək Paşinyan deyil, Fransa prezidenti Makron da məhz kürəsəl sərmayəçilər tərəfindən hakimiyyətə gətirilib”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin siyasi-hərbi sisteminin Rusiyanın “5-ci kolon”undan təmizləndiyininə dair açıqlamasını və İrəvanın Moskvadan “qopmaq” imitasiyasını şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.BAP sədrinin sözlərinə görə, Rusiya ilə Ermənistan arasındakı mövcud gərginliyin artması Azərbaycanın maraqlarına uyğundur:

“Uzun müddət Ermənistanın hərbi-siyasi rəhbərliyi Rusiyanın birbaşa nəzarətində və təsirində olub. Paşinyan gələndən sonra Ermənistanda yeni kurs seçildi. Yəni Ermənistan Rusiyanı özünə təhlükə saydığını gizlətməyərək, Qərbə doğru meylləndi.

Sirr deyil ki, Paşinyanı hakimiyyətə gətirən Qərbin müəyyən dairələri, Soros və digər sponsorlardır. Tək Paşinyan deyil, Fransa prezidenti Makron da məhz kürəsəl sərmayəçilər tərəfindən hakimiyyətə gətirilib. O baxımdan, Paşinyanın Qərbdəki dairələrə hesabat verməsi təbiidir.

Paşinyan hakimiyyətə gəldiyi ilk dövrdən etibarən, köhnə komandanın təmsilçilərini bir-bir neytrallaşdırdı və əsas dövlət postlarına öz adamlarını yerləşdirdi. Ancaq Ermənistan ordusunun generalları Rusiya “şinel”indən çıxmış adamlardır. Görünür, indi də özünə təhlükə bildiyi, Rusiyaya yaxın hesab etdiyi hərbçiləri vəzifədən çıxarır və bununla da “ölkəni 5-ci kolondan təmizləmişəm” mesajını verir.

Hazırda Rusiyanın başı Ukraynaya qarışsa da, Moskva Ermənistanın Qərbə doğru maneəsiz irəliləməsinə imkan verməyəcək. Bunu Ukrayna ilə Gürcüstanın nümunəsində gördük və görürük.

Ermənistanla Rusiya arasındakı gərginlik Azərbaycana sərf edir və bundan yararlanmaq lazımdır. Rusiya ilə Azərbaycanın münasibətləri yumşaq olsa da, bu, Moskvanın bizə rəğbətindən irəli gəlmir. Rusiya kökənli 25 min adam Ermənistanda şirkət açıb, iş qurub. Digər siyasi-iqtisadi-hərbi amilləri də gözə aldıqda, Rusiyanın Ermənistanı özbaşına buraxmayacağını deyə bilərik”.

Səxavət Məmməd

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv