!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda aktivləşən "Qarabağ klanı": Paşinyana sui-qəsd hazırlanır?

!Reklam – Yazi

“Ermənistanda hakimiyyət dəyişikliyi yalnız rus hərbi gücü sayəsində, yaxud Paşinyana sui-qəsd nəticəsində baş verə bilər”.

Bunu Ermənistanda keçmiş prezidenti Serj Sarkisyan və tərəfdarlarının qonşu ölkədə hakimiyyət çevrilişi etmələrinin mümkünlüyü barədə danışan politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, bu açıqlama Sarkisyanın növbəti sərsəmləmələrindən biridir:

“Xocalı qətliamında əli olan şəxsin Azərbaycanla danışacaq heç nəyi yoxdur, ola da bilməz. Azərbaycan onu danışıqlar masasında istəmir. Sarkisyanın kim olduğunu çox yaxşı bilirik. Rusiyanın dəstəyi ilə hakimiyyətə gələn, Azərbaycanın işğal etdiyi ərazilərində terror, qətliam törədən caninin biridir.

Sarkisyan Rusiyanın Qarabağda Ermənistana açıq dəstəyi fonunda belə açıqlama verib. Bu da Sarkisyanın birbaşa olaraq Rusiyadan təlimat aldığını deməyə əsas verir. Qərbin Ermənistan və Qarabağdan rus hərbçilərinin çıxarılması tərəfdarı olduğunu bilirik. O, forpost ölkənin rəsmisi olaraq dilmanc rolunu oynayır.

Hazırda Ermənistanda da Qrəb-Rusiya qarşıdurmasına şahid oluruq. Sarkisyan-Köçəryan cütlüyü Rusiyanın adamı olaraq Paşinyana müxalif mövqedən çıxış edir. Paşinyan Sarkisyana qalib gələrək hakimiyyətə gəlib. Əlavə olaraq 44 günlük müharibədə uduzmasına baxmayaraq, yenidən erməni xalqının səsini toplayaraq hakimiyyətini qorudu.

Ermənistanda hakimiyyət dəyişikliyi yalnız rus hərbi gücü sayəsində, yaxud Paşinyana sui-qəsd nəticəsində baş verə bilər. Paşinyanın yenidən seçilməsi onu göstərdi ki, ermənilər Qarabağda döyüşmək, övladlarının həlak olmasını istəmirlər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv