!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda anti-Rusiya dalğası: “Xalqın İrana rəğbəti...”- ŞƏRH

!Reklam – Yazi

“44 günlük Vətən müharibəsi dövründə Rusiyanın əsas rol oynadığı KTMT Ermənistana lazımi dəstəyi vermədi”.

Bu fikirləri Rusiyanın Ermənistandakı səfirliyinin keçirdiyi sorğu nəticəsində ermənilərin Rusiyanı deyil, İranı seçməsini şərh edən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, son zamanlar erməni cəmiyyətində Rusiyaya qarşı mövqe dəyişikliyi hiss olunur:

“Məsələyə ümumən yanaşdıqda, bu gün hakimiyyətdə olan N. Paşinyan admistrasiyasının da təhriki ilə Ermənistanda anti-Rusiya ab-havasının olması bəllidir. Paşinyanın özünün də qərbmeyilli biri olması və Qərbə inteqrasiya prosesinin təkanverici qüvvəsinə çevrilməsi artıq heç kəsə sirr deyil. Bu mənada xalqın Rusiyaya olan rəğbətinin azalması anlaşılandır”.

Politoloq qeyd edib ki, həmçinin Ermənistanda İrana qarşı artan rəğbət nəzərdən qaçmayıb:

“İrana qarşı erməni cəmiyyətində meyillərin artmasına gəldikdə isə, Ermənistan Rusiya və Qərbin fonunda qütbləşmə prosesinə daxil olur. Lakin nə Rusiya, nə də ki Qərb Ermənistana istənilən səviyyədə yardım göstərir. Məsələn, 44 günlük Vətən müharibəsi dövründə Rusiyanın əsas rol oynadığı KTMT Ermənistana lazımi dəstəyi vermədi. Eyni zamanda sərhəddəki son insident zamanı Ermənistanın güvəndiyi Aİ-nin 200 nəfərlik mülki missiyasının (əslindəysə, bu yarı hərbi missiyadır) proseslərə ən azı reaksiya verəcəyi gözlənilirdi. Baxmayaraq ki, bu da baş vermədi. Bunun fonunda isə son zamanlar Azərbaycanla Ermənistan arasındakı gərginlikdə İranın mövqeyi açıq-aşkar ortadadır. İran tərəfi faktiki olaraq Ermənistana silah yardımı edir. Hətta tərəflər arasında hərbi sahədə qarşılıqlı yardımlaşmaya dair müqavilə imzalanıb. İkinci Qarabağ savaşında İran tərəfindən 500 tona yaxın silah-sursatın Ermənistana çatdırılması və separatçılara digər yardımların edilməsi bizə bəllidir. Şübhəsiz ki, bu addımlar Qərb və Rusiyadan fərqli olaraq, İranın Ermənistana açıq dəstək verməsi deməkdir. Xüsusən burada Zəngəzur dəhlizi ilə bağlı “qırmızı xətt” ifadələri də nəzərdən qaçmır. Bu və digər amillər İrana qarşı böyüyən rəğbət hissini və sorğuda çıxan nəticənin doğruluğunu əks etdirir”.

Yusif Səmədzadə

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv