!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda Azərbaycana görə KONSTİTUSİYA İSLAHATI: “Sülh müqaviləsinin imzalanması üçün...”

!Reklam – Yazi

“İrəvan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından mütləq əl çəkməlidir”.

Bu fikirləri Türkiyə Təhlükəsizlik Şurasının toplantısında Cənubi Qafqazdakı vəziyyətin və Zəngəzur dəhlizinin müzakirəyə çıxarılmasını şərtləndirən amilləri şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.Politoloq bildirib ki, Türkiyə Təhlükəsizlik Şurasında Cənubi Qafqaz, Zəngəzur dəhlizi kimi məsələlərin gündəmə gətirilməsi zərurətdən doğur:

“Ermənistan rəsmiləri bəyanat verirlər ki, ola bilsin, bu ilin sonuna kimi Azərbaycanla sülh müqaviləsi bağladıq. Ancaq detalları açıqlamırlar ki, sülh müqaviləsinə xələl gələr. Hər halda, onlar belə deyir.

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün intensiv əlaqələr qurur. Bu həm də Rusiyadan qopmağın bir forması kimi də görünə bilər. Türkiyə Təhlükəsizlik Şurasının toplantısından əvvəl ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi, ondan əvvəl isə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Blinkenlə görüşməsi, Azərbaycan tərəfinin ABŞ-a öz iradını bildirməsi təsadüfi deyil.

Böyük ehtimalla, Ermənistan Türkiyə ilə sərhədi açmaq istəyir. Məqsəd ondan ibarətdir ki, Gürcüstan, Ermənistan və Moldova Avropa İttifaqına daxil olmaq üçün birgə addım atsınlar. Ancaq burada bir problem var ki, ərazi bütövlüyü ilə bağlı problemi olan ölkələr Avropa İttifaqına qəbul edilmir. Moldova prezidenti Dnesteryanı bölgə olmadan da Avropa İttifaqına daxil ola biləcəklərini bəyan edib. Bu yöndə Gürcüstandan da analoji bəyanat verilmişdi.

Hesab edirəm ki, sözügedən ölkələrin yaxın müddətdə Avropa İttifaqına üzv olması inandırıcı deyil. Türkiyə Təhlükəsizlik Şurasında Cənubi Qafqaz, Zəngəzur dəhlizi kimi məsələlərin gündəmə gətirilməsi zərurətdən doğur və doğru addımdır. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamazdan əvvəl öz Konstitusiyasına düzəlişlər etməli, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir. İndiki şəraitdə ola bilsin, delimitasiya ilə bağlı razılaşma əldə edilsin, ancaq sülh müqaviləsinin qısa zamanda imzalanması real görünmür”.

Səxavət Məmməd

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv