!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda Azərbaycanın ərazi bütövlüyünün tanınmasına FƏRQLİ YANAŞMALAR – ŞƏRH

!Reklam – Yazi

“Həm siyasətçilər, həm də xalq arasında Azərbaycanla sülh müqaviləsi imzalanmasının tezləşdirilməsinə tərəfdar olanlar da var”.

Bu fikirləri Ermənistan siyasi elitasının və cəmiyyətinin Azərbaycanla imzalanması gündəmdə olan sülh müqaviləsinə yönəlik münasibətini dəyərləndirən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında sülh müqaviləsi imzalanmasının əsas şərti olan ərazi bütövlüyünün tanınması məsələsinə Ermənistanda münasibət birmənalı deyil:

“Bəli, həqiqətən də 44 günlük müharibədən sonra Azərbaycanla Ermənistan arasında müharibə vəziyyətinin aradan qaldırılması üçün sülh müqaviləsinin imzalanması lazımdır. Bu günlərdə Azərbaycan prezidenti sülh müqaviləsi imzalanmasının əsas şərti kimi Ermənistanın bizim ərazi bütövlüyümüzü tanımasının və beynəlxalq hüquqa hörmətlə yanaşmasının vacibliyini bildirib.

Ancaq Ermənistanda istər siyasi qüvvələr, istərsə də cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyil. İndi Ermənistanda bu istiqamətdə gedən müzakirələrdə Azərbaycan ordusunun bu ölkənin bəzi ərazilərini nəzarət altına aldığı iddia edilir. Bu fikirdə olanlar iddia edirlər ki, ərazi bütövlüyünün tanınması üçün Azərbaycan həmin torpaqlardan öz əsgərlərini çıxarmalıdır. Bu, erməni cəmiyyətinin bir hissəsinin yanaşmasıdır.

Eyni zamanda, həm siyasətçilər, həm də xalq arasında Azərbaycanla sülh müqaviləsi imzalanmasının tezləşdirilməsinə tərəfdar olanlar da var. Onlar Paşinyanın bu məsələyə dair səsləndirdiyi fikirlərin praktikada tətbiqini istəyirlər. Bundan başqa, erməni cəmiyyətinin bir hissəsi ATƏT-in Minsk qrupunun fəaliyyətinin davam etdirilməsinin zəruriliyini də qeyd edirlər. Onların fikirncə, o qurumun fəaliyyəti Qarabağdakı ermənilərin taleyi baxımından vacibdir.

Ancaq bütün hallarda bu fikirdəyəm ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın vaxtlarda imzalanacağını söyləmək üçün hələ ki əsas yoxdur”.

A.Zeynalov

www.yenicag.az

1909
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv