!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistanda Azərbaycanın yeni müharibə hazırlığında olmasına dair narahatlıq artır” – ŞƏRH

!Reklam – Yazi

“İrəvanın 10 noyabr üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi müharibə ehtimalını artırmaqdadır ”.

Bu fikirləri 3-cü müharibə ehtimalının artması ilə bağlı intensivləşən müzakirələrin Ermənistan cəmiyyətində yaratdığı ovqatı şərh edən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Professor qeyd edib ki, növbəti savaş ehtimalının artması erməni cəmiyyətində narahatlıqla müzakirə olunmaqdadır:

“Əslində, Azərbaycanda olduğu kimi, Ermənistanda da, xüsusilə sosial şəbəklərdə üçüncü müharibənin başlaması ətrafında müzakirələrin genişləndiyini söyləmək mümkündür. Orada da hesab edirlər ki, yaranmış vəziyyətdə konkret həll imkanlarının olmaması növbəti müharibəni qaçılmaz edir.

Bu müzakirələrdə hətta o da qeyd olunur ki, Azərbaycanın yeni müharibəyə başlamaq hazırlığı ilə əlaqədar Qarabağın ermənilər yaşayan hissəsində zəruri müdafiə tədbirləri görülməlidir. Bildiyiniz kimi, bu işdə ermənilərə Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlıları da yardım göstərirlər.

Ermənistanda gedən müzakirələrin digər istiqaməti də Azərbaycanın Laçında çəkdiyi alternativ yolun demək olar, tamamlanmasıdır. Ermənilər çox ehtiyatlanırlar ki, Azərbaycan həmin yoldan istifadə etməklə, ilk növbədə Şuşanın ermənilər yaşayan kəndləri üzərində nəzarəti bərpa etməyə çalışacaq.

Həqiqətən də, Ermənistanın 10 noyabr üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi müharibə ehtimalını artırmaqdadır. Bu vəziyyətin yaranmasına görə heç bir tərəf Azərbaycanı ittiham edə bilməz. Yaranmış şəraitdə Azərbaycan istər hərbi, istərsə də digər vasitələrlə həmin ərazilərə nəzarəti ələ keçirməlidir”.

A.Zeynalov

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv