!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda bakirəliyin yoxlanılması QADAĞAN EDİLƏCƏK

!Reklam – Yazi

“Bakirəliyin yoxlanılması zorakılığın bir növüdür və bunu qanunla qəbul etmək lazımdır”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Zarui Batoyan jurnalistlərə müsahibəsində deyib.

Ermənistanın üç deputatı Cinayət Məcəlləsinin “Məişət zorakılığının qarşısının alınması, ailədə zorakılığa məruz qalan şəxslərin müdafiəsi və ailədə həmrəyliyin bərpası haqqında” qanuna dəyişikliklərin edilməsini təklif edən qanun layihələri paketini təqdim ediblər.

Zarui Batoyan qeyd edib ki, qanun bütün mümkün zorakılıq hallarından qorumalıdır.

Qanun layihələri zərfindəki bəndlərdən birində bakirəliyin yoxlanılmasına qadağa qoyulması təklif olunub.

“Biz təriflərə yenidən baxılmasından narahatıq, onlar yenilənməlidir.

Sizcə bakirəliyin yoxlanılması zorakılıq növü deyil? Bu, zorakılığın bir növüdür. Bu fenomen bütün dünyada zorakılıq kimi təsnif edilir. Biz bunu da qanuniləşdirməliyik.

Bu ideya kimin ağlına gəlib, necə qərar verilib, bilmirəm? Əgər bu, insanın iradəsinə zidd baş verirsə, bu, zorakılıq sayılır”, – Batoyan qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv