!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda başlayacaq RUSİYA-NATO SAVAŞI: “Azərbaycan və Gürcüstana ünvanlanan o mesaj…”

!Reklam – Yazi

“NATO-nun Cənubi Qafqaza daxil olması Rusiya ilə Şimali Atlantikabloku araslnda toqquşmaya gətirib çıxara bilər”.

Bu fikirləri ABŞ-ın hərbi və təhlükəsizlik məsələləri üzrə təlimatçılarının Ermənistana gəlməsi, bunun Ermənistan-Rusiya münasibətlərinə, həmçinin regiona mümkün təsirini şərh edən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, NATO Ermənistanın daxilində özünə lazım olan boşluğu tapıb:

“Yanvar ayında NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina İrəvana səfər etmişdi. O, Ermənistanda bir sıra rəsmi şəxslər – müdafiə naziri və xarici işlər nazirinin müavini ilə görüşdükdən sonra yerli mətbuata geniş müsahibə vermişdi. O, bu müsahibəsində bir neçə mühüm detala da toxunmuşdu.

Bu çərçivədə işbirliyinin əsas istiqamətləri Ermənistan-NATO yaxınlaşması, gələcəkdə Ermənistanın müdafiə və xarici siyasətində Qərblə, NATO ilə əməkdaşlıq və birgə fəaliyyət proqramının hazırlanması idi. Orada bir məqam diqqəti çəkirdi. O, bildirdi ki, Ermənistanın atdığı addımları digər ölkələr də atsa, yaxşı olar, Ermənistan nə edirsə, onu digər ölkələrdən də gözləyirik.

Aydın məsələdir ki, bu mesaj Azərbaycan və Gürcüstana ünvanlanıb. Bunun ardınca yanvarın 30-da ABŞ-ın təhlükəsizlik idarəsinin təlimatçıları Ermənistan Müdafiə Nazirliyinin heyəti ilə brlikdə müdafiə sahəsində birgə seminar keçirmişdi. Son illərdə, xüsusilə, də İkinci Qarabağ müharibəsindən sonra, lap dəqiq desək, 2022-ci ildən Ermənistanın xarici siyasətində NATO ilə yaxınlaşma meylləri, Rusiyaya qarşı isə demarşlar var.

Görünür, NATO Ermənistanın daxilində özünə lazım olan boşluğu tapıb. Ermənistan rəsmilərinin açıqlamalarında Rusiyaya qarşı səsləndirilən ittihamlar da məhz Qərblə əməkdaşlıqdan qaynaqlanır. Hətta belə idialar da var ki, Ermənistandakı Rusiya hərbi bazalarını ABŞ hərbi bazaları əvəz edə bilər.

Ancaq bunlar deyildiyi qədər də asan məsələ deyil. İstənilən halda, Ermənistanın NATO-ya yönəlməsi, alyansla sıx əməkdaşlığının nəticələrini yaxın illərdə olmasa da, özünü göstərəcək. NATO-nun Cənubi Qafqaza daxil olması Rusiya ilə Şimali Atlantikabloku arasında toqquşmaya gətirib çıxara bilər”.

Səxavət Məmməd

www.yenicag.az

589
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv