!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda çevriliş SSENARİSİ: Paşinyanı devirə biləcəklər? - ŞƏRH

!Reklam – Yazi

“Paşinyanın Azərbaycanla sülh müqaviləsinin bağlanması barədə çıxışından sonra Ermənistanda iğtişaşların olacağı gözlənilən idi. Hazırda revanşist qüvvələr aktivləşib”.

Bunu Ermənistanda keçirilən etiraz aksiyaları haqqında danışan siyasi şərhçi Tehran Orucoğlu Yenicag.az-a açıqlamasında səsləndirib.

Tehran Orucoğlu bildirib ki, Ermənsitanda revanşist qüvvələr aktivləşsə də, nəticə əldə edə bilməyəcəklər:

“Biz Paşinyanın müsbət çıxışlarından sonra bu olayların yaşanacağını gözləyirdik. Ermənistan rəhbərliyi də sözügedən məsələləri nəzərə alaraq müsbət mesajlar vermişdi. Əsasən, Sarkisyan və Köçəryan xuntasının tör-töküntüləri yaranan vəziyyətdən istifadə etmək və erməni xalqını yenidən çaşdırmaq istəyirlər. Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında sülhə doğru addım atan Paşinyanın devrilməsi üçün kampaniyalar başlayıb. Məsələ burasındadır ki, bu gün Ermənistanda təşkil edilən mitinqlərdə əhali sayına nəzər yetirsək, görərik ki, artıq xalq müxalifətdən yorulub. Tez bir zamanda məsələnin həll edilməsini istəyirlər”.

Tehran Orucoğlu hesab edir ki, hazırda müxtəlif müxalifət dairələri Paşinyana qarşı birləşib:

“Ermənistandakı etirazçı kütləni idarə edən “Ermənistan” və “Şərəfim var” partiyalarıdır. Pərdə arxasında isə bütün müxalif partiyaların birləşməsini görə bilərik. Təbii ki, bu partiyaların gizli qəhrəmanı da var. Qərbin və Avropa İttifaqının münaqişənin tez bir zamanda həlli üçün atdığı addımlara baxdığımızda görürük ki, sülh müqaviləsinin bağlanması üçün Qərb və Aİ Ermənistana təzyiqlər edir. Geridə qalır Rusiya. Bəs Rusiyanın addımları hansılardır? Məncə, cavab məlumdur. Rusiya da münaqişənin həllində maraqlı tərəfdir, lakin bu prosesdə Qərb və Aİ-ni görmək istəmir. Ana xətt məlumdur. Bu, münaqişənin bitməsidir. Ona görə də, Ermənistandakı revanşist qüvvələr sadəcə kiçik qığılcım yarada biləcəklər. Ümumilikdə, Paşinyanın devrilməsinə nail ola bilməyəcəklər”.

www.yenicag.az

409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv