!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda daxili gərginlik: "Azərbaycan üçün münbit şərait yaranıb"

!Reklam – Yazi

“Paşinyan – Arutyunyan qarşıdurmasının pik həddə çatması müəyyən mənada Azərbaycanın maraqlarına uyğundur”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın onlayn formatda keçirdiyi mətbuat konfransında Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyən arqumentlər səsləndirməsinə münasibət bildirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinə görə, Paşinyan sözügedən mətbuat konfransı ilə ermənilərin Qarabağın statusuna olan sonuncu ümidlərini də qırdı və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu nümayiş etdirdi:

“Təsadüfi deyil ki, Ermənistan baş nazirinin son açıqlamalarından sonra Xankəndidəki separatçıların “lider”i Araik Arutyunyan Nikol Paşinyana qarşı müharibə elan edib. Paşinyan – Arutyunyan qarşıdurmasının pik həddə çatması müəyyən mənada Azərbaycanın maraqlarına uyğundur. Belə ki, Azərbaycan ilə Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına və digər məsələlərin həllinə nail olmaq üçün indi daha münbit zəmin yetişir.

Əgər Rusiya sülhməramlıları 10 noyabr Bəyanatının şərtlərinin yerinə yetirilməsi prosesində Azərbaycanla eyni mövqedən çıxış etsə, Qarabağda erməni separatizminə tezliklə son qoymaq mümkün olacaq. Bu mənada, bu gün Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-formal sammiti çərçivəsində aparılacaq Əliyev-Paşinyan-Putin müzakirələrinin nəticələrindən də çox şey asılıdır. Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar bütün tərəfləri məsələlərin tənzimlənməsinə rasional yanaşmağı diktə edir”.

Gülşən Şərif

www.yenicag.az

538
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv