!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda demoqrafik böhran: İşğalçı ölkənin əhalisi “əriyir”

!Reklam – Yazi

Ölkənin hüquq-müdafiə və müstəqil qeyri-hökumət təşkilatları Ermənistanda demoqrafik vəziyyətin kəskinləşdiyini bəyan ediblər.

Yenicag.ru-nun məlumatına əsasən, Ermənistanın Hüquq Müdafiəçiləri Mərkəzi ölkədəki demoqrafik durum və erməni miqrantların postsovet dövlətlərindəki vəziyyətinə dair hesabatını açıqlayıb.

Hesabatda ölkədə demoqrafik vəziyyətin təhlükəli həddə pizləşdiyi və əhalinin Ermənistanı sürətlə tərk etdiyi bildirilib:

“Rusiyada yaşayan erməniləri sayı artıq Ermənistan əhalisinin ümumi sayından çoxdur. Ermənistanda qalan əhalinin sayı 2 milyon nəfərdən də azdır. Bu tendensiyanın hansı təhlükəli həddə çatdığı göz qabağındadır”.

Hesabatda qeyd olunub ki, əhalinin Ermənistanı tərk edərək, Rusiya və digər dövlətlərə üz tutmasının əsas səbəbi ölkədə həyat şərtlərinin son dərəcə pisləşməsidir.

“Bu gün Ermənistanda təsadüfi qazanc yerləri deyil, ləyaqətli iş tapmaq mümkün deyil. İnsanlar ailələrini dolandırmalı, həkimə getməli və “qara gün” üçün pul toplamalıdırlar. Ona görə də ölkəni tərk edirlər”.

Əhalinin ölkədən qaçması Ermənistan ordusunun əsgərlə təchizatında da özünü göstərir. Hesabatda yazıldığına görə, hazırda Ermənistanın çağırşçı kontingenti ordunun yalnız 30 faizini komplektləşdirməyə imkan verir. Hətta Rusiya hərbçiləri olmasa, Ermənistan öz əsgərləri ilə sərhədlərini qorumaq imkanında da deyil.

www.yenicag.az

2302
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv