!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda erkən seçki GÖZLƏNTİSİ: “Nəticə Paşinyanın istədiyi kimi olmaya bilər” – ŞƏRH

!Reklam – Yazi

“Rusiya ictimai rəyin Paşinyanın əleyhinə çevrilməsi üçün də fəal təbliğat aparır”.

Bu fikirləri Ermənistanda revanşist qüvvələrin baş qaldırdığı şəraitdə Nikol Paşinyan iqtidarının növbədənkənar seçkilərə getmə ehtimalını dəyərləndirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyan ölkədə sabit elektorata malik olsa da, növbədənkənar seçkilərin nəticəsi onun istədiyi kimi olmaya bilər:

“Ermənistanda Rusiyanın dəstəklədiyi revanşist müxalifətin aktivləşməsi ilə əlaqədar gərginliyin artıdığı bir şəraitdə Paşinyanın növbədənkənar seçki qərarı vermə ehtimalı aşağıdır.

Bu da, ilk növbədə, onunla bağlıdır ki, hazırda Rusiya müxalifəti dəstəkləməklə yanaşı, ictimai rəyin Paşinyanın əleyhinə çevrilməsi üçün də fəal təbliğat aparır, şüurları zəhərləməkdə davam edir.

Lakin o da qeyd olunmalıdır ki, Paşinyan ölkədə sabit elektorata malikdir. Bununla belə, Rusiya faktoru və qeyd etdiyim digər məqamlar öz aktuallığını saxlayır. Belə olan halda, mümkün növbədənkənar seçkilərin nəticələri Paşinyanın istədiyi kimi olmaya bilər. Ona görə də indiki vəziyyətdə erkən seçkilərin təyin olunacağı gözlənilmir”.

A.Zeynalov

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv