!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda ETİRAZ AKSİYASI - Yol BAĞLANDI

!Reklam – Yazi

Ermənistanda balıqçılar yenidən etiraz aksiyası keçirirlər.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Onlar İrəvandakı “Razdan” stadionundan Qələbə körpüsünə qədər olan yolun bir hissəsini bağlayıb və kortejlə Ermənistan hökumətinin binasına doğru irəliləyiblər.

Etirazçılar parlamentin qəbul etdiyi balıqçılıq təsərrüfatları haqqında qanunun ləğvini tələb edirlər.

Xatırladaq ki, noyabrın 22-də Ermənistan parlamenti Su Məcəlləsinə dəyişikliklər layihəsini qəbul edib. Parlamentə görə, ölkənin yeraltı quyulardan su alan balıq təsərrüfatları yalnız su dövriyyə sistemlərindən istifadə etməlidir.

“Qapalı sistem şirkətləri bu gün fəaliyyət göstərmir, müflis olublar, çünki qapalı sistemlə xərclər artır. Biz eyni yolla getmək istəmirik”, – balıqçılar deyib.

Onların sözlərinə görə, mütəxəssislərlə bağlı problem var. Balıqlar suda +8+18 temperaturda yaşayır və belə bir sistem şəraitində balıq yaşamayacaq.

Balıqçıların fikrincə, bu qanun tətbiq olunarsa, onlar işləyə bilməyəcək və müəssisələr bağlanacaq. Onlar Ermənistanın ətraf mühit naziri Akop Simidyanla da görüşüblər, lakin tərəflər bu məsələ ilə bağlı ümumi qərara gəlməyiblər.

Xuraman Etibarlı

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv