!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda etirazlar DAVAM EDİR: Köçəryanın oğlu sərbəst buraxıldı - YENİLƏNDİ / VİDEO

!Reklam – Yazi

Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə aksiyalar davam edir.

Yenicag.az xəbər verir kio, Müxalifət lideri İşxan Saqatelyanın rəhbərlik etdiyi “Müqavimət” hərəkatının üzvləri şəhərdə yürüş keçirirlər. Onlar avtomobillərin hərəkətinə əngəl yaradırlar.

Etirazçılar “Həmrəylik”, “Nikol satqındır” şüarları səsləndirir, vətəndaşları aksiyaya qoşulmağa çağırırlar.

Ermənistan polisi isə müxalifət fəallarını saxlamağa başlayıb.

Məlumata görə, indiyədək ölkədə “Vətən” partiyasının 30-a yaxın üzvü saxlanılıb. Onların arasında partiyanın idarə heyətinin üzvləri də var.

Qeyd edək ki, etirazçılar Baş nazir Nikol Paşinyanı satqınlıqda ittiham edirlər.

Saxlanılanlar arasında olan sabiq prezident Robert Köçəryanın oğlu Levon isə artıq sərbəst buraxılıb.

***

12:00

Ermənistanda davam edən etirazlar fonunda “Müqavimət” hərəkatı üzvləri yenidən İrəvanın mərkəzindəki Baqramyan prospektini bağlayıblar.

Hadisə yerinə gələn polislərin müdaxiləsi ilə etirazçıların bir qismi yolun hərəkət hissəsindən çıxarılıb, bir hissəsi isə saxlanılıb.

Saxlanılanlar arasında Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var.

www.yenicag.az

866
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv