!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda GƏRGİNLİK: "İrəvan üçün çevriliş ssenariləri...” - POLİTOLOQ

!Reklam – Yazi

“Çevriliş ssenarilərinin bitmiş və tükənmiş Ermənistan cəmiyyətində nə qədər reallaşacağı şübhə altındadır”.

Bunu baş verən hadisələr fonunda Ermənistanda yaxın perspektivdə baş verəcək hadisələrdən danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, yaxın perspektivdə İrəvan erməniləri ilə Qarabağ erməniləri arasında psixoloji gərginliyin praktiki mənzərəsini daha aydın görəcəyik:

“Baş verən hazırkı faktiki proseslərdən Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək üçün istifadə edən qüvvələr var. Ermənistanda vətəndaş müharibəsinin başlanması ehtimalı hazırda ən yüksək, yəni pik həddə çatıb. Siyasi rabitəsizlik bütün qüvvələrdə aydın müşahidə olunur.

Çevriliş ssenarilərinin bitmiş və tükənmiş Ermənistan cəmiyyətində nə qədər reallaşacağı şübhə altındadır. Sülh müqaviləsi Ermənistan üçün son şansdır. Ümumiyyətlə, Ermənistanın sülhdən başqa yolu qalmayıb”.

Nəsimi Ələsgərli

www.yenicag.az

256
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv