!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda Gürcüstan dövlət nömrə nişanlı avtomobil sahibləri MİTİNQƏ BAŞLADI - VİDEO

!Reklam – Yazi

Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, Gürcüstan dövlət nömrə nişanlı avtomobil sahibləri Ermənistan hökumət binası qarşısında tariflərlə bağlı etiraz aksiyası keçirirlər.

Gürcüstan nömrə nişanlı avtomobillərin sahibləri ilin sonuna – dekabrın 31-nə kimi 30% gömrük rüsumu ödəməlidirlər. Amma onlar bu məbləği ödəyə bilmirlər. Sürücülər hökumətdən problemi həll etməyi tələb edirlər.

Hökumətin təklif etdiyi subsidiya problemin həlli olmadığı bildirilir. Köhnə avtomobillərə 70% subsidiya verilir.

Etirazçılar deyirlər ki, bizi məcburi gömrük rəsmiləşdirilməsinə aparırlar.

Son məlumata görə, etirazçılar hökumət rəsmiləri ilə danışmaq üçün binaya daxil olublar.

Xuraman Etibarlı

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv