!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistanda hakimiyyətlər dəyişsə də, “daşnak təfəkkürü” dəyişmir” - MÖVQE

!Reklam – Yazi

“Rəsmi İrəvan konstruktiv mövqe tutmaq və dayanıqlı sülh sazişini imzalamaq niyyətində deyil”.

Bu fikirləri Ermənistanın nizamlama prosesini məqsədli şəkildə uzatmaq cəhdlərinin doğuracağı nəticələri dəyərləndirən İctimai Nəzarət Mərkəzinin (İNM) sədri Rauf Zeyni Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İrəvanın vaxtı uzatmağa çalışması regionda yeni şəraitin formalaşmasına nail olmaq niyyətindən qaynaqlanır:

“Bildiyiniz kimi, Ermənistan 44 günlük müharibədə məğlub olduqdan sonra müxtəlif formatlarda baş tutan danışıqlarda öz üzərinə konkret öhdəliklər götürüb. Ancaq buna baxmayaraq, Ermənistan rəhbərliyi yeni-yeni bəhanələr uyduraraq həmin öhdəliklərin icrasını hər vəchlə gecikdirir.

Çox təəccüblüdür, necə olur, İrəvan danışıqlar zamanı üzərinə öhdəliklər götürür, amma onları yerinə yetirmir? Normalda özünü ciddi hesab edən bir hökumət bu qədər çox və uğursuz “manevr”lər etməməlidir. Çünki uydurulan bəhanənin də bitəcəyi bir müddət olur.

Bu isə onu deməyə əsas verir ki, Ermənistan hakimiyyəti konstruktiv mövqe tutmaq və dayanıqlı sülh sazişini imzalamaq niyyətində deyil. Başqa cür desək, göründüyü qədər, Ermənistanda hakimiyyətlər dəyişsə də, “daşnak təfəkkürü” dəyişmir.

Bu nə ilə əlaqədardır? Fikrimcə, Ermənistanın vaxtı uzatmaq cəhdi İrəvanın öz “bacı”larının əli ilə regionda yeni şərait yaratmaq niyyətindən qaynaqlanır. Yəni Ermənistan bununla üzərinə götürdüyü öhdəliklərin gündəlikdən çıxmasına çalışır.

Azərbaycan isə vəziyyətin o həddə çatmasına heç vaxt imkan verməyəcək. Ona görə də Ermənistan vaxtı uzatmadan və əlavə bəhanələr gətirmədən üzərindəki öhdəlikləri icra etməlidir. Əks halda, Azərbaycan hərbi varianta əl atmaq hüququndan istifadə edəcək”.

A.Zeynalov

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv