!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda İĞTİŞAŞLAR: "Proseslər nəzarətdən çıxarsa, sülh danışıqları..."

!Reklam – Yazi

“Ermənistanda gedən proseslər nəzarətdən çıxarsa, bu, danışıqlara təsir edəcək”.

Bu fikri Qarabağda baş verən proseslər, təslimçilikdən sonra məsələnin axarı və Ermənistan-Azərbaycan arasındakı sülh danışıqlarını şərh edən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Tural Əliyev bildirib ki, məsələlərin hamar həyata keçəcəyinə arxayınlaşmaq olmaz:

“Qarabağda yerləşən qanunsuz erməni silahlılarına qarşı Azərbaycan Ordusu 24 saat ərzində lokal antiterror əməliyyartı keçirdi və onlar təslim olmağa məcbur qaldı. Xunta rejimi də nəhayət kapitulyasiyaya razılıq verdi.

Onlar 2020-ci il 10 noyabr bəyanatına uyğun olaraq çoxdan ərazidən çıxmalı idi, ancaq çıxmadılar. 3 il ərzində rəsmi Bakının xəbərdarlıqlarına baxmayaraq Ermənistan bunu üzərinə götürmədi və Azərbaycan güc tətbiq etməli oldu.

İşin böyük mənada hərbi hissəsi geridə qaldı. Bundan sonra atılacaq addımlar siyasi, hüquqi, diplomatik, iqtisadi, sosial sahədə olacaq. Orda yaşayan ermənilərin Azərbaycana reinteqriasiya, vətəndaşlıq, sənədləşmə məsələləri var. Bunlar könüllülük prinsipi əsasında olacaq. Tam arxayınlaşmaq olmaz ki, bu məsələlər hamar həyata keçəcək. Orda kiçik qruplar, hətta mülkilər də belə müəyyən terrora əl ata bilərlər”.

Ermənistan-Azərbaycan arasındakı proseslərə gəldikdə isə politoloq bunları deyib:

“Bunlar Ermənistanda gedən siyasi proseslərdən asılı olacaq. Hazırda İrəvanda mitinqlər davam edir. Düzdür, böyük izdiham yaşanmır, ancaq silahlı qarşıdurma baş verə bilər.

Ermənistanda gedən proseslər nəzarətdən çıxarsa, bu, danışıqlara təsir edəcək. Hakimiyyət ya istefa verəcək, ya da mitinqlərin qarşısı kəskin şəkildə alınacaq.

Sərhəddə də təxribatlar gözləniləndir. Qarabağdakı ermənilərin tərksilah edilməsindən sonra Azərbaycanla Ermənistan arasında iki məsələ qalır. Sərhədlərin demarkasiya-delimitasiyası və komunikasiyaların açılması.

Zəngəzurla bağlı Ermənistanın üzərində öhdəlik var. Bundan sonrakı proseslər bu yöndə gedəcək. Əgər Ermənistan yenə əvvəlki kimi məsələni uzatsa, bu, sülh müqaviləsinə təsir edəcək. Ermənistan birdəfəlik üzərinə öhdəlik götürməlidir ki, ərazi bütövlüyünə, Azərbaycanın daxili işinə qarışmayacaq. Bunlar hamısı baş tutsa, sülh müqaviləsi olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv