!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda insanlara sərbəst şəkildə silah gəzdirməyə İCAZƏ VERİLDİ

!Reklam – Yazi

Ermənistan insanlara sərbəst şəkildə silah gəzdirməyə icazə verəcək.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu dekabrın 4-də qanunvericilik təşəbbüsünün müəllifi, hakim partiyanın deputatı Vilen Qabrielyan parlamentdə Müdafiə və Təhlükəsizlik Daimi Komissiyasının iclasında müvafiq qanunlara dəyişikliklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, Ermənistanda vətəndaşların silahdan istifadə etməklə özünümüdafiə hüququ məsələsini qanunvericilik səviyyəsində tənzimləmək lazımdır.

Deputatın sözlərinə görə, təqdim olunan paket əsas qoruyucu funksiyası ilə yanaşı, atıcılıq idmanının inkişaf etdirilməsi məqsədini də güdür.

“Bu sahədə mümkün korrupsiya təzahürlərinin aradan qaldırılmasına, qanunsuz silahların sayının azaldılmasına və onların tədricən qeyri-qanuni dövriyyədən çıxarılmasına yönəlib. Xüsusən də ölkə vətəndaşları bir sıra tələblərə, o cümlədən əqli stabillik, müvafiq lisenziyanın olması və s. yerinə yetirildikdə odlu silah gəzdirmək hüququ əldə edəcəklər”, – deyə Qabrielyan izah edib.

Bir sıra müzakirələrdən sonra qanunvericilik təşəbbüsü daimi parlament komissiyasından müsbət rəy alıb.

Xuraman Etibarlı

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv