!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda növbədənkənar seçki HAZIRLIĞI: “Paşinyanın hakimiyyətdə qalma ehtimalı...”

!Reklam – Yazi

“Qərb Paşinyanın hakimiyyətdə qalmasına və şəxsi təhlükəsizliyinin təmin olunmasına çalışır”.

Bu fikirləri Qərblə Rusiyanın Ermənistan üzərində rəqabətinin gücləndiyi ərəfədə sözügedən ölkədə növbədənkənar parlament seçkilərinin keçirilmə ehtimalını dəyərləndirən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.Zəlimxan Məmmədli hesab edir ki, Ermənistanda gedən proseslərin istiqamətindən asılı olmayaraq, Paşinyanın hakimiyyətdə qalma ehtimalı yüksəkdir:

“Ermənistan yolunu, siyasi oriyentasiyasını artıq müəyyən edərək, son iki əsrdə onu ayaqda saxlayan Rusiyanın ətəyindən əlini çəkir və açıq şəkildə Qərbə meyillənir.

Azərbaycanın uzun müddət əsas məsələsi olan Qarabağ problemi həll edilib. Lakin aydındır ki, Rusiya və ABŞ başda olmaqla Qərbin əksər dövlətləri Qarabağ probleminin həllində maraqlı deyildilər. Onların bu regionda əsas oyunçular qismində qalmaları üçün Qarabağ problemi əbədi davam etməli idi.

Bütün hallarda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən ən çox narahat olan məhz Rusiyadır. Ermənistanın isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından qopması və Rusiya ilə bağlanmış müqavilələrdən çıxması asan olmayacaq.

Ermənistankı revanşist qüvvələr, orada formalaşdırılmış casus şəbəkəsi Rusiyanın o ölkədə mövcudluğunu sona qədər saxlaması üçün səfərbər ediləcəklər. Bu çərçivədə genişmiqyaslı terror fəaliyyətinin başlaması da istisna olunmur.

Qərb Paşinyanın hakimiyyətdə qalmasına və şəxsi təhlükəsizliyinin təmin olunmasına çalışır. Məsələlərə geniş baxdıqda, Azərbaycanın milli maraqları Paşinyanın hakimiyyətdə qalmasının vacibliyini göstərir.

İki ölkə arasında sülh müqaviləsinin imzalanması kənar qüvvələrin Ermənistan və Azərbaycandan istifadə etmək imkanlarını sıfıra endirir. Lakin yaxşı tanıdığımız Rusiyadan hər şey gözləmək olar. Ancaq Ermənistanda gedən proseslərin istiqamətindən asılı olmayaraq, Paşinyanın hakimiyyətdə qalma ehtimalı yüksəkdir”.

Səxavət Məmməd

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv