!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda qalan 4 kəndimiz bu tarixdə qaytarılacaq - Açıqlandı

!Reklam – Yazi

Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb. Bununla da Ermənistan işğalında olan Qazax rayonuna məxsus 4 anklav olmayan kənd rəsmi şəkildə Azərbayana qaytarılıb. 

Protokola əsasən, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri tam şəkildə Azərbaycanın yurisdiksiyasına daxil olur. Növbəti mərhələdə Qazaxın hələ də işğalda olan 4 kəndi və Sədərək rayonunun Kərki kəndinin qaytarılması gözlənilir.

Ermənistanın nəzarətində olan digər kəndlərimiz nə vaxt Azərbaycana qaytarılacaq?

Bu mövzuda Yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, anklav kəndlərlə bağlı müzakirələr bir qədər uzun çəkə bilər:

“Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi dəfələrlə səsləndirilib. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, anklav olmayan 4 kəndin məsələsi dərhal həll olunmalı, qalan 4 kəndin məsələsi isə prosesin gedişində həllini tapmalıdır. Təbii ki, bölgədəki anklav kəndlərə gediş-gəlişlə və digər texniki məsələlərlə bağlı məsələlər müzakirə olunacaq. Bununla bağlı razılaşmaların 1-2 ay ərzində əldə olunacağını düşünmürəm. Amma çox da uzaq olmayan bir vaxtda anklav kəndlərin qaytarılması məsələsi də öz həllini tapacaq”.

Politoloq ən gec bu ilin sonuna qədər anklav kəndlərin Azərbaycana qaytarılacağını qeyd edib:

“Əsas ciddi problem yaradan məsələlər anklav kəndlər və sovet dövründə Ermənistana peşkəş edilmiş ərazilərlə bağlıdır. Nəzərə alaq ki, Azərbaycanla Ermənistan arasındakı sərhəd təxminən 1000 kilometrlik ərazini əhatə edir və bu ərazilərin demək olar ki, mütləq əksəriyyəti mürəkkəb coğrafi relyefə malikdir. Bu səbəbdən həmin ərazilərdə delimitasiya-demarkasiya işlərinin aparılması heç də asan olmayacaq. Belə olduğu üçün delimitasiya məsələsi uzun zaman tələb edən bir məsələdir. 4 anklav kəndin məsələsinə gəldikdə isə, düşünürəm ki, bu il ərzində o problem həllini tapacaq. Ən azından Qazaxın kəndləri ilə bağlı gedişat belədir və ola bilsin ki, Kərki ilə bağlı ayrıca müzakirələr aparılsın”.

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv