!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda “qurbanlıq keçi” QOVĞASI: “Məğlubiyyətin səbəbi özlərinə bəllidir” – Millət vəkili

!Reklam – Yazi

“Koçaryan və Sarkisyan dönəmində orduda çox ciddi korrupsiya olub, silahlanma adı altında çox böyük vəsaitlər talan edilib”.

Bu fikirləri 44 günlük müharibədə Ermənistanın uğradığı sarsıdıcı məğlubiyyətin “səbəbini və günahkarlarını” aşkarlamaq üçün təhqiqatların genişləndirilməsinə münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın 44 günlük müharibədə ağır məğlubiyyətə uğramasının səbəbləri ortadadır:

“Əslində, Ermənistanın 44 günlük müharibədə darmadağınla məğlub olmasında ciddi aydınlaşdırma tələb edən heç nə yoxdur. Çünki məğlubiyyətin səbəbi özlərinə tam bəllidir. Ümumiyyətlə, marionet ölkə olan Ermənistanda müstəqillik dönəmindən bu yana hakimiyyətdə olmuş Ter-Petrosyan, Koçaryan, Sarkisyan rejimlərinin məqsədi oyuncaq da olsa, dövlətin inkişafı, əhalinin rifahı yox, öz siyasi ambisiyalarını həyata keçirmək olub.

Yəni Ermənistanın məğlubiyyətinin əsas səbəblərindən biri budur. İndi nə istəyirlər və Ermənistanda nə baş verir? Müşahidələr də göstərir ki, hazırda orada daxili çəkişmələr və siyasi ayırdetmələr güclənməkdədir. Tərəflər məğlubiyyətə görə günahı bir-birinin üstünə ataraq özlərini haqlı göstərməyə çalışırlar.

Açıq desək, mövcud şəraitdə siyasi rəqiblərini ittiham etmək üçün Paşinyanın əlində müəyyən arqumentlər var. Çünki Koçaryan və Sarkisyan dönəmində orduda çox ciddi korrupsiya olub, silahlanma adı altında həm diaspordan, həm də digər mənbələrdən alınan çox böyük vəsaitlər talan edilib. Hətta o vəsaitlər talan edilməsə belə, Ermənistanın ordu qurmaq imkanında olmadığı məlum məsələdir. Vacib məqamlardan biri də budur ki, əgər bir ölkənin əsgəri vuruşmağa qadir deyilsə, döyüşdən qaçırsa, orada hansı ordudan danışa bilərlər?”

A.Zeynalov

www.yenicag.az

509
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv