!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda revanşistlərin MÜHARİBƏ TƏHRİKİ: “Azərbaycan yalnız o halda...”

!Reklam – Yazi

“Xarici işlər nazirlərinin Berlin görüşündə müəyyən irəliləyişə nail olmaq mümkündür”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında nizamlama prosesinin gedişi və son vaxtlar yenidən aktuallaşan müharibənin təkrar alovlanması ehtimalını şərh edən ehtiyatda olan polkovik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın Ermənistana hücum etməsinə yönəlik iddialar absurddur:

“Son vaxtlar şərti sərhəddə atəşkəsin pozulması halları artıb, ermənilər ard-arda təxribatlar törədirlər. Hesab edirəm ki, bu insidentlərin baş verməsi təsadüfi deyil. Ermənistanda Rusiyanı dəstəkləyən revanşist qüvvələr hələ də meydandadır. Paşinyan hakimiyyətinin əsas dəstəkçisi olan Fransa Ermənistanı silahlandırmaqdadır.

Hətta Fransanın müdafiə naziri Ermənistana səfər edərkən özü ilə radar sistemləri də gətirmişdi. Paşinyan Avropada diaspor nümayəndələri ilə görüşündə bildirdi ki, Ermənistan sülhə hazır olsa da, heç bir torpaq verməyəcək. Münhendə Almaniya kanslerinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü oldu.

Bu gün isə Berlində xarici işlər nazirləri səviyyəsində görüş baş tutacaq. Həmin görüşdə müəyyən irəliləyişə nail olmaq mümkündür. Bəli, Ermənistandakı revanşist qüvvələr sülhün əldə olunmasına imkan verməməklə yanaşı, hökuməti müharibəyə başlamağa çağırırlar.

Belə bir şəraitdə Azərbaycanın Ermənistana hücum edəcəyinə dair iddialar absurddur. Azərbaycan bunu etməyəcək. Ermənistan əgər şərti sərhəddə hansısa yolverilməz addım atarsa, əhalimizə və hərbçilərimizə zərər verərsə, o halda Azərbaycan adekvat addım ataraq təhlükəsizliyi təmin etmək üçün həmin əraziləri əzarətə götürə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv