!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistanda Rusiyanı itirmək istəyənlər çoxdur” - Lavrov

!Reklam – Yazi

“Ermənistanda Rusiyanı itirmək və özünə yeni dostlar tapmaq istəyənlər çoxdur”.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.

Lavrov Ermənistan rəhbərliyinə ABŞ-yə arxalanan ölkələrin qibtə olunmaz taleyini xatırlamağı tövsiyə edib.

O, “Ermənistan Rusiyanı itirəcəkmi?” sualına, “bir sıra aparıcı erməni siyasətçiləri də analoji ssenarinin olmasını istəyirlər”, – cavabını verib.

“Əgər onlar birbaşa olaraq Ermənistan rəhbərliyinin bir çox nümayəndələrinin bəyanatlarından göründüyü kimi Birləşmiş Ştatlara arxalanırlarsa, onda yaxın tarixə, ABŞ-nin öz himayəsinə götürmək istədiyi şəxslərə necə münasibət göstərdiyinə nəzər salmaq yaxşı olardı”, – deyə Lavrov bildirib./Qafqazinfo/

www.yenicag.az

262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv