!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda Rusiyaya qarşı artan aqressiya: "Rəsmi Moskvanın İrəvana vuracağı ən böyük zərbə..."

!Reklam – Yazi

“Paşinyan hökuməti Rusiya ilə hansı həddə qədər zidd gedəcəyini bilir. Müəyyən həddə çatdıqda geri addım atılır”.

Bunu rəsmi İrəvanın yürütdüyü antiRusiya siyasəti fonunda Ermənistanda gələcəkdə baş verəcək mümkün hadisələrdən danışan politoloq Asif Nərimanlı Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Rusiya müharibədə məğlub olsa, Ermənistan Moskvaya qarşı siyasətini daha da aqressivləşdirəcək:

“Ermənistana göndərilən mülki missiya qrupunun üzvləri keçmiş hərbçilərdir. Ermənistanın atdığı son adımlar Rusiyanın atacağı addımları qaçınılmaz edir. Rusiya əvvəlki dövrlə müqayisədə zəifləsə də, kifayət qədər rıçaqları var. Ermənistanın iqtisadiyyatında Rusiyanın təsir imkanları hələ də mövcuddur.

Digər tərəfdən isə Paşinyan Ermənistan ordusunda nə qədər təmizləmə işi aparsa da, hələ də rusiyayönümlü hərbçilər var. Təmizləmə işləri yüksək rütbəli hərbçilər arasında aparılmalıdır.

Həmçinin Rusiyanın Ermənistana vura biləcəyi ən böyük zərbə onu Azərbaycanla təkbətək buraxmaqdır. Rusiya faktoru Ermənistanı hər zaman Azərbaycandan qoruyub. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi hər zaman münasibətlərin daha da gərginləşməsinə və hərb üsuluna əl atılmasına səbəb olub.

Paşinyan hökuməti Rusiya ilə hansı həddə qədər zidd gedəcəyini bilir. Müəyyən həddə çatdıqda geri addım atılır. Ermənistan Rusiya-Ukrayna müharibəsinin nəticələrini gözləyir. Əgər Rusiya məğlub olarsa, Ermənistan daha aqressiv antiRusiya mövqeyi sərgiləyəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv